8 Şubat 2017 Çarşamba

Təhsil krediti müqaviləsi imzalayan tələbələrin sayı açıqlanıb

Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyəti və “Azərbaycanda tələbə kreditləri proqramı”na həsr olunan tədbir keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, yerli və beynəlxalq təhsil ekspertləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd tələbə kreditlərinin verilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasıdır.

Təhsil naziri Mikayıl Cabbarov ötən il fəaliyyətə başlayan fondun təhsil kreditlərinin verilməsi sahəsində ilk təcrübə olduğunu və bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın vacibliyini bildirib: “Universitetlərin bu təşəbbüsə qoşulması ilə ölkədə ilk dəfə olaraq tələbə krediti mexanizmi yaradılıb”.

Nazir qeyd edib ki, universitetlər yalnız göstərdiyi təhsil xidmətinin haqqını ödəyir: “Mərkəzləşdirilmiş imtahanda yüksək bal yığan və dövlət sifarişi ilə qəbul olunanın təhsil haqqını dövlət ödəyir. Ali təhsil müəssisəsi qarşısında son 5 ildə yeni məqsədlər qoyulub. Onlar öz idarəedici keyfiyyətlərini və daixli idarəçiliyi o səviyyəyə gətirməlidir ki, öz büdcələri ilə davamlı fəaliyyəti və inkişafı təmin etsinlər. Təhsil sisteminin müasirləşdirilməsinin real və obyektiv əsasları var. Bura qlobal səviyyədə ali təhsilə çıxışın genişlənməsi, təhsil alan insanların sayının artması və digər məsələlər aiddir”.

Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi, təhsil üzrə eksperti Kristian Aedo tələbə kreditlərinin ali təhsildə əlçatanlıq imkanları yaratdığını, qurumun hazırladığı layihədə Azərbaycanda tətbiq edilən təcrübənin innovativ olduğunu bildiriblər.

Bankın təhsil eksperti K.Aedo qeyd edib ki, kredit sistemi vasitəsilə ali məktəblərə çıxış əldə edilib: "Dünyanın digər ölkələri də bu təcrübədən bəhrələnə bilər. Borc götürən tələbələrin faiz yükü azaldılıb. Hələlik bu imkandan az tələbə yararlanıb. Bunu genişləndirməyi düşünməliyik".

“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud isə ötən il ərzində 103 tələbə ilə təhsil krediti müqaviləsinin imzalandığını və artıq 3-cü elan sessiyasına başlanıldığını deyib.

O bildirib ki, ali təhsil lüks resursu ola bilməz: "Ona görə də hər kəs bu imkanlardan istifadə etməlidir. Fondun missiyası ehtiyacı olan ailələrin uşaqlarının təhsil almasına imkanı yaratmaqdır".

Qeyd edə ki, tədbir “Maarifçi” Tələbə Kredit Fondu, Təhsil Nazirliyi və Dünya Bankı ilə birlikdə baş tutub.

1 yorum:

  1. Hamı salam,
    Adım cənab Rugare Sim. Hollandiyada yaşayıram və bu gün xoşbəxt bir insanam? Mən özümə dedim ki, hər kəs mənə və ailəmizə pis vəziyyətimizdən kömək edir, ona borc axtarır olan hər kəsə müraciət edəcəyəm, mənə və ailəmə xoşbəxtlik verdi, mənə kredit verməyə məcbur oldum Mən 2 uşaqlı bir Atam olduğum müddətdə həyatımı başlamağa 300.000.00 və krediti geri ödəyəcəyini xahiş edirəm ona (cənab, Rugare Sim) ona müraciət et. E-poçt vasitəsilə Cənab Mohamed Careen ilə əlaqə saxlayın: (arabloanfirmserves@gmail.com)


    KREDİ TƏTBİQ MƏLUMATI FORMASI
    Adı ......
    Orta adı .....
    2) Cins: ......
    3) Lazım olan kredit məbləği: .........
    4) Kreditin müddəti: .........
    5) Ölkə: .........
    6) Ev ünvanı: .........
    7) Mobil nömrəsi: .........
    8) E-poçt ünvanı ..........
    9) Aylıq gəlir: .....................
    10) Işğal: ...........................
    11) Burda hansı sayt haqqında danışdınız .....................
    Təşəkkür və ən xoşniyyətlər.
    E-poçt: arabloanfirmserves@gmail.com

    YanıtlaSil