27 Şubat 2017 Pazartesi

Əlil tələbələr təhsil haqqından azad edildi

Əlil tələbələri təhsil haqqından azad ediliblər. Bu haqda təhsil eksperti  Kamran Əsədov şəxsi sosial şəbəkə hesabında yazıb:

“Əziz dostlar, çox gözəl bir xəbəri sizinlə bölüşmək istəyirəm:
Bilirsiz ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul oluram (O məktəbin müəllimi olmasam da). Təmannasız olaraq ali məktəblərə hazırlığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar.
Xatırlayırsızsa onların təhsil haqqı ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.
Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda Nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.
Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15ə qədər hal hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələrdə var idi.
Bu gün həmən tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2ci qrup) tələbələri təhsil haqqından azad edib.”

Sonda Kamran Əsədov təhsil naziri Mikayıl Cabbarova və deputat Qənirə Paşayevaya həm öz adından həm də tələbələr adından təşəkkür edərək bunun tələbələrə böyük stimul verəcəyini qeyd edib.
Uğurlar

Hiç yorum yok:

Yorum Gönder