6 Şubat 2017 Pazartesi

Dövlət imtahan mərkəzində yeni təyinatlar olub

Dövlət İmtahan Mərkəzində (DİM) yeni təyinatlar olub. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, müvafiq qərarla Vüqar Əsgərov Hüquqi təminat və insan resursları şöbəsi, Vüsal Həmidov E-imtahanların təşkili və keçirilməsi şöbəsi, Vəli Məstəliyev isə Maliyyə və iqtisadiyyat şöbəsinə müdir təyin ediliblər.

Bildirilib ki, DİM-də strukturun formalaşdırılması davam edir.

Qeyd edək ki, V. Əsgərov, V. Həmidov və V. Məstəliyev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) çalışıblar.
Aztehsil.com
Təhsilimizinfo

Hiç yorum yok:

Yorum Gönder