28 Şubat 2017 Salı

Nazirlik "11 illik", "9 illik" söhbətlərinə aydınlıq gətirdi

Təhsil Nazirliyi bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi - tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib. Yayılan xəbərlərə görə bəzi məktəblərdə yuxarı siniflər ləğv edilərək orada yalnız təmayüllü siniflər təşkil ediləcək. Şagirdi az olan məktəblər isə 11 illikdən 9 illiyə dəyişdiriləcək. Bəs nazirlik buna nə deyir?

Təhsil Nazirliyi bəzi orta məktəblərin statusunun və tipinin düyişdirilmüsi - tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyir ki, görə söz söhbətə 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsinin kənd məktəblərində tətbiq etmək ideyası səbəb olub.

Hazırda 182 məktəbdə sınaqdan keçirilən bu layihə şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılır. 9-cu sinfini bitirən şagirdlər seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyursa, imtahan nəticələri yaxşıdırsa və fənn müəlimi müsbət rəy verirsə onlar təmayüllü siniflərə keçirilirlər. Bunun şagird sayı az olan kənd məktəblərində tətbiqi ideyası isə təmayüllü siniflərin bir məktəbdə birləşdirilməsini gündəmə gətirib.

Gələcəkdə bütün məktəblərdə təmayüllü siniflər təşkil edilsə belə, bu şagirdərin ümumi təhsil hüquqları pozmamalıdır.

Nazirlik rəsmisi qeyd edib ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz. Digər tərəfdən nazirlik təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək. Yəni hazırkı dövrdə hansısa məktəbin tamamilə statusunun və ya tipininin dəyişdirilməsindən söhbət belə gedə bilməz. (“Xəzər TV”)

27 Şubat 2017 Pazartesi

Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, martın 6-da saat 10:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar fevralın 27-28-də və martın 1-2 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi (TN) bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi - tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Trend-ə eksklüziv olaraq bildirib ki, TN-ə də bu barədə müraciətlər daxil olub.

Belə müraciətlər daxil olduğu zaman müvafiq izahatların verildiyini deyən A.Əhmədov yayılan söhbətlərin heç bir əsasının olmadığını söyləyib. Nazirlik rəsmisi bu cür məlumatların haradan qaynaqladığını da açıqlayıb.

Onun sözlərinə görə, ümumi, yəni 9 illik icbari orta təhsil səviyyəsindən sonra - tam orta təhsil səviyyəsində təhsilin təmayüllülər üzrə təşkil olunması 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" qanunda təsbit olunub. Bu məsələ Təhsilin İnskişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb.

A.Əhmədov əlavə edib ki, 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsi hazırda 182 məktəbdə sınaqdan keçirilir. Təmayülləşmənin tətbiq olunduğu pilot məktəblər əksər rayon, şəhərləri əhatə edir.

Nazirlik rəsmisi qeyd edib ki, təmayül sinfin yaranması üçün məktəbdə paralel siniflərin olması çox vacibdir. Çünki şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılan təmayül siniflərə məktəbin 9-cu sinfini bitirən bütün şagirdlər deyil, seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyanlar, imtahan nəticələri yaxşı olan və fənn müəliminin müsbət rəy verdiyi şagirdlər cəlb olunmalıdır:

"Lakin bir fakt da məlumdur, - bu, xüsusilə kənd rayonlarına aiddir - burada məktəblərdə 9-cu sinfi bitirən şagirdlərin sayı azdır. Bizim kənd rayonlarında elə məktəblərimiz var ki, oradakı 9-cu sinfin sayı cəmi 1-dir. Xeyli məktəbimiz var ki, orada şagirdlərin sayı çox aşağıdır. 5 nəfərdən, 7 nəfərdən ibarət olan 9-cu sinif də var. Təbii ki, bu prosesdən bir çıxış yolu axtarmaq lazımdır və elə etmək lazımdır ki, şagirdlərin təhsil hüquqları pozulmasın. Burada vəziyyətdən çıxış yolu nədir? Biz belə bir yol fikirləşdik ki, hər bir rayonda kompaktlıq mənasında zonalar müəyyənləşdirək və o zonaya daxil olan məktəblərdən 1 və ya 2-si seçilsin və orada təmayüllü siniflər təşkil olunsun. Təmayül siniflər təşkil olunduqda onun infrastrukturu, maddi-texniki bazası, tədris bazası nəzərə alınır. Bu aspektdə müəyyən işlər görməyə başladıq. Bu proseslərlə bağlı belə bir məsələ çıxdı ki, guya hansısa tam orta məktəb ümumi orta məktəbə keçir. Yəni, burada təmayül siniflərin yaradılması baş tutmur, ona görə də bu məktəb ümumi orta məktəb olacaq. Birincisi onu deyim ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz".

A.Əhmədov bildirib ki, məktəblərdə təmayül siniflər yaradılarkən adi siniflər də təşkil edilir. Təmayül siniflərdə oxuya bilməyən şagirdlər könüllülük əsasında adi siniflərdə təhsillərini davam etdirə bilərlər.

A.Əhmədov əlavə edib ki, ümumiyyətlə, TN təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək:

"Biz çalışacağıq ki, bu proses problemsiz olsun və şagirdlərin mənafeyi gözlənilməklə həyata keçirilsin. Biz təhsil şöbələrinin müdirlərinin, ondan əvvəl təhsil şöbəsinin bu işə məsul olan işçilərinin iştirakı ilə dəfələrdə yığıncaq keçirmişik. Bu məsələ ilə bağlı yerlərdə izahat işləri aparılır, amma bu işi müəyyən mənada əksinə başa düşən insanlar da var. Ona görə belə narazılıq doğuran məsələ yaranır. Əsas məqsəd ilk növbədə şagirdlərin mənafeyinin təmin olunmasıdır. Çalışacağıq ki, bütövlükdə ümumi mənafeyə ziyan dəyməsin və problemlər yaranmasın. Yaranacaq istənilən problemi aradan qaldırmağa çalışacağıq".

Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Mərkəzi (DİM) “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamına dair məlumat yayıb.

Məlumatda bildirilib ki, ümumi təhsil müəssisələrinin cari il məzunları orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə buraxılış imtahanlarının nəticələrinə əsasən əlavə qəbul imtahanı vermədən iştirak edirlər.

FaktXəbər-in məlumatına görə, bildirilir ki, bundan əlavə son illər tətbiq edilən tələbə qəbulu modelinə uyğun olaraq abituriyentlər bir neçə istiqamət üzrə müsabiqədə iştirak edə bilirlər: “Bu sahədə aparılan islahatların davamı olaraq bu ildən etibarən abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılıb. Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaq və bu zaman daha yüksək nəticə göstərdiyi imtahanın nəticəsi müsabiqə zamanı əsas götürüləcək. Bu addım abituriyentlərin imtahanla bağlı psixoloji gərginliyini aradan götürmək və qəbul imtahanında biliklərini tam nümayiş etdirmək üçün daha əlverişli şəraitin yaradılmasına imkan verəcəkdir. Bundan əlavə, keçən ildən etibarən rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanından aldıqları məqbul qiymət iki il qüvvədə qalır”.

Qeyd olunub ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamından ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları yararlanacaqlar: “Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək. Bu qayda eyni zamanda bir neçə ixtisas qrupuna ərizə verən abituriyentlərə də şamil olunacaq. Seçdiyi qruplardan biri üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcək. Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər. Yuxarıdakı kateqoriyadan olan vətəndaşların tələbə qəbulu ilə bağlı keçirilən imtahanda, o cümlədən qəbul imtahanlarının tərkib hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı və qabiliyyət imtahanında bir dəfə iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev respublikada ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər, ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlərin imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Paylaş

İmtahanlarla bağlı sərəncam — “Onlar ödənişdən azad olunur...”

Azərbaycan prezidenti İlham Əliyev respublikada ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

FaktXəbər-in məlumatına görə, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan 15 gün müddətində hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi isə Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan siyahı əsasında Tarif Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq hesablanmış vəsaitin həmin siyahı təqdim edildikdən sonra 15 gün müddətində “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsait hesabına Dövlət İmtahan Mərkəzinə ödənilməsini, habelə 2018-ci il və sonrakı illərin dövlət büdcəsinin layihələrində sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.

Buraxılış imtahanlarında inşalara verilən tələblər açıqlanıb - SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi (IX və XI siniflər) üzrə buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqda məlumat yayıb. Məlumatda bildirilib ki, 2017-ci ildə ümumi təhsil səviyyəsi (IX sinif) üzrə buraxılış imtahanı verəcək şagirdlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar.

Bildirilib ki, (IX sinif üzrə ) yazı işi şagirdin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir: “İnşa (esse) şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən şagird mövzunun adını qeyd etməli, mövzuya uyğun ən azı 3 bənddən ibarət (giriş, əsas hissə və nəticəni əhatə etməklə) plan tərtib etməli, plan əsasında mövzunu dolğun yazmalı, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına uyğun ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməlidir: “İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilir. Yazı işi bir sıra meyarlar əsasında “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndiriləcək. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilir. Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır - seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə,  şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması,  çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması. Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndiriləcək. İnşa bir A4 səhifə həcmində (180 və ya daha çox söz) olmalıdır. 18 sətirdən (90 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilir. İnşanın yazılması üçün ayrılan müddət 30 dəqiqədir”.

Qeyd olunub ki, XI sinif üzrə yazı işi şagirdin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir: “İnşa (esse) şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən şagird mövzunu açmalı və dolğun əhatə etməli,  yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, mövzuya yaxşı bələd olduğunu göstərməli, təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli,  fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına riayət etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilir. Yazı işi bir sıra meyarlar əsasında “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndiriləcək. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilir. Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır: seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə,  şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması. Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndiriləcək. İnşanın həcmi 18 sətir (90 və ya daha çox söz) olmalıdır. 9 sətirdən (45 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilir. İnşanın yazılması üçün ayrılan müddət 30 dəqiqədir”.

Şagirdlərə uğurlar

11 illik məktəbləri 9 illik etdilər - Şagirdlər 8 km. kənara getməyə məcburdur


Bir kənddə olan 2 məktəbin 2-si də 11 illik tam orta təhsildən, 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir.

Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır.

Tovuz rayon Təhsil Şöbəsindən isə bildirildi ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrasturukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq.

Qeyd edək ki, hazıra Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır. (Xezerxeber)

Qobu məktəbində Xocalı soyqırımı anıldı – FOTO

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından artıq 25 il keçir. Bu münasibətlə bir çox müəssisələrdə anım mərasimləri keçirilir. Belə tədbirlərdən biri də Abşeron rayonu Qobu qəsəbəsi 2 nömrəli məktəbdə baş tutub. Sinif rəhbəri Samirə Bayramovanın rəhbərliyi 1 c sinfinin keçirdiyi tədbir, illər keçsə belə bu yaranın qəlblərdə sızıldamağa davam etdiyini göstərir.

Tehsilimizinfo FaktXeber.com-a istinadən həmin tədbirdən çəkilmiş görüntüləri sizlərə təqdim edir.

Dövlət İmtahan Mərkəzində yeni şöbələr yaradılıb - SİYAHI

Dövlət İmtahan Mərkəzində (DİM) struktur və kadr islahatları aparılıb.

Mərkəzdən verilən cavabda bildirilib ki, struktur formalaşması nəticəsində qurumda 12 yeni şöbə yaradılıb və müdirlər təyin edilib.

Çingiz Xəlilov İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri, Natiq Əliyev Yoxlama-ölçmə materiallarının yoxlanması şöbəsinin müdiri, Azər Bağırov Təşkilat şöbəsinin müdiri, Oleq Şelaqinov Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri, Vüqar Əsgərov Hüquqi təminat və insan resursları şöbəsinin müdiri, Afiqə Batıyeva Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri, Fuad Mayılov Strateji inkişaf şöbəsinin müdiri, Vəli Məstəliyev Maliyyə və iqtisadiyyat şöbəsi, Vüsal Həmidov Elektron imtahanların təşkil və keçirilməsi şöbəsinin müdiri, Nigar Hüseynova-Didavari İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin müdiri, Vüqar Əkbərov Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri, Fərhad Zeynalov isə Təchizat və təsərrüfat şöbəsinin müdiri vəzifələrini icra edəcək.

Bildirilib ki, hazırda DİM-də strukturun formalaşması prosesi davam edir.

Qeyd edək ki, prezidentin sərəncamları ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant Niyazi Hacıyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə Direktorlar Şurasının üzvləri seçilib. DİM publik hüquqi şəxsdə icraçı direktor vəzifəsinə isə Vəfadar Misirov təyin olunub.

Prezidentin imzaladı fərmana əsəsən isə DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilib, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilib. DİM ötən il oktyabrın 19-da dövlət qeydiyyatına alınıb. (apa)

9-cu sinif şagirdlərinə "İmtahana buraxılış vərəqəsi"nin verilişinə başlandı

Martın 5-də keçiriləcək 9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsində iştirak edən şagirdlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayanlar buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilər.

Əlil tələbələr təhsil haqqından azad edildi

Əlil tələbələri təhsil haqqından azad ediliblər. Bu haqda təhsil eksperti  Kamran Əsədov şəxsi sosial şəbəkə hesabında yazıb:

“Əziz dostlar, çox gözəl bir xəbəri sizinlə bölüşmək istəyirəm:
Bilirsiz ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul oluram (O məktəbin müəllimi olmasam da). Təmannasız olaraq ali məktəblərə hazırlığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar.
Xatırlayırsızsa onların təhsil haqqı ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.
Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda Nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.
Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15ə qədər hal hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələrdə var idi.
Bu gün həmən tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2ci qrup) tələbələri təhsil haqqından azad edib.”

Sonda Kamran Əsədov təhsil naziri Mikayıl Cabbarova və deputat Qənirə Paşayevaya həm öz adından həm də tələbələr adından təşəkkür edərək bunun tələbələrə böyük stimul verəcəyini qeyd edib.
Uğurlar

26 Şubat 2017 Pazar

Azərbaycanda müəllimi mükafatlandırdılar


"Aztelekom" MMC son zamanlar sosial mediada nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib.

FaktXəbər publika.az-a istinadən xəbər verir ki, N.Məhərrəmova ilin sonuna qədər internetdən pulsuz istifadə imkanı yaradılıb.

21 ildir sözügedən kənddə müəllim işləyən N.Məhərrəmov "Aztelekom" MMC-nin xidməti ərazisində yaşayır.  Müəllimə "Aztelekom" MMC-nin hədiyyəsi təqdim olunub.

"Aztelekom" MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, müəllimin bu xeyirxah əməlinin gələcək nəslin tərbiyəsində mühüm rol oynayacağına inanırıq: "Bizim təqdim etdiyimiz bu hədiyyə sayəsində müəllim şagirdlərə əlavə olaraq internet üzərindən də məşğələlər keçə bilər. Bu kimi nəcib davranışlar digər bölgələrdə də olarsa, biz dəstəyimizi verməyə hazırıq", - deyə E.Cabbarov bildirib.

Müsabiqədən keçməyən abituriyentlər də tələbə ola biləcəklər - YENİLİK

Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlər üçün tələbə olmaq şansı yaradılır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təkliflər göndərilib.

Hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə həyata keçirilə bilər. Bu isə abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə olacaq.

Hazırlıq fakultələrində bir il təhsil almaq 1-ci kursa qəbul edilmək üçün əsasdır.

Hazırlıq fakultələrində oxuyan bütün abituriyentlərin hamısını 1-ci kursa qəbul edilməsi real görünmür. Güman edilir ki, hazırlıq fakultələrini bitirənlərin tədris göstəriciləri nəzərə alınacaq.

Nazirliyin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, burda məqsəd müsabiqə şərtlərini keçə bilməyən abituriyentlərə ali təhsil almaq imkanları yaratmaqdır.

Müsabiqədənkənar qəbulun şərtləri və dəqiq detallar Nazirlər Kabinetinin təklifləri təsdiq etdikdən sonra məlum olacaq. Təkliflər qəbul olunacağı təqdirdə, ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq. (Xezerxeber)

21 Şubat 2017 Salı

Bu gün su çərşənbəsidir

Salam Hörmətli Təhsil xəbərləri izləyiciləri, əsasən də müəllimlər. Bu gün Novruz bayramının ilk çərşənbəsi olan su çərşənbəsidir. Su çərşənbəsi münasibətilə hamınızı təbrik edirəm.
Əminəm ki hamınız bu xəbər saytından razısınız. Əgər nə xəbər oldu mesaj bölməsinə yaza bilərsiniz. Biz ilk növbədə xəbəri araşdırır, sonra saytımıza paylaşırıq.

Facebook: Təhsil xəbərləri

20 Şubat 2017 Pazartesi

Şagirdlərə qızıl və gümüş medal verilmə qaydaları açıqlanıb

Təhsil Nazirliyi Azərbaycanda şagirdlərin qızıl və gümüş medala layiq görülməsi qaydalarını açıqlayıb.

Nazirlikdən verilən xəbərə görə, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş medallarla təltif olunur. “Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib.

Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.

Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi -“Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.

19 Şubat 2017 Pazar

18 yaşından sonra valideynlərini itirən tələbələrə GÜZƏŞT

Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olacaqlar.

Bu, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclasında qəbul edilən qərarda əksini tapıb.  Qərarda deyilir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Milli Məclisə tövsiyə edilsin.

Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Qeyd edək ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasında qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Konstitusiyanın 25-ci maddəsinin I hissəsində isə bildirilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə qeyd edilir ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.

Yeni instagram səhifəsi istifadəyə verdik

Artıq saytımızın İnstagram səhifəsi də var.

18 Şubat 2017 Cumartesi

Turan Məmiyev Kaspi təşəkkürnaməsi ilə təltif olunub. Rəsmi: FOTOLAR

N. Maşıyev adına Şinəband kənd ümumi orta məktəbinin 5-ci sinif şagirdi Turan Məmiyev təşəkkürnəmə ilə təltif olunub. Qeyd edək ki, Turan Məmiyev 1-ci dəfə 4-cü yer, 2-ci dəfə isə 2-ci yer tutmaqla təltif olunub.
Tehsilimizinfo.blogspot.com rəsmi olaraq əlaçı şagirdimizin atası olan Rövşən Məmiyevin saytından götürüb.

Qəbul imtahanları may və iyun aylarında keçiriləcək.

Xəbər verdiyimiz kimi, bu il ali məktəblərə qəbul imtahanları ilə bağlı ciddi yeniliklər var. Əsas dəyişikliklərdən biri odur ki, abituriyentlərə iki dəfə imtahan vermək şansı veriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, həm bu ilin və həm də əvvəlki illərin məzunları iki imtahanda iştirak edə bilərlər.

Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.
Bəs builki qəbul imtahanları nə vaxt keçiriləcək?
.

AZEDUPRESS-in Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, qəbul imtahanlarının məzmunu, forması, aparılma texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər bu qurum tərəfin­dən müəyyən edilib və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılıb.

Bu il ali məktəblərə qəbul imtahanlarının may və iyul aylarında keçirlməsiu planlaşdırlıb. İmtahanların həmin ayların hansı günlərində keçiriləcəyi barədə isə yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək.

Qəbul imatahanlarından sonra ixtisas seçimi, ardınca isə ilə məktəbələrə yeriləşdirmə – yəni müsabiqə keçirələcək ki, bunun nəticələrinin də avqustda olacağı nəzərdə tutulur.

Yeri gəlmişkən, bu ildən ali məktəblərə qəbul üzrə test imtahanları ödənişli olacaq.

Azərbaycan Tarif Şurası hazırda müzakirələr aparır və yaxın vaxtlarda imtahanlarda iştiraka görə ödənişlərin məbləği elan olunacaq

17 Şubat 2017 Cuma

Bəzi müəllimlər işdən çıxarılacaq.

Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb.

Tehsilimizinfo.blogspot.com Oxu.Az-a  və Lent.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar verilib:

“Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya, ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil”.

E.Bağırov bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasına təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və strategiyanın icrası ilə bağlı fəaliyyət planında müəllimlərin sertifikasiyası da nəzərdə tutulub:

“Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

E.Bağırov əlavə edib ki, attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar:

“Diaqnostik qiymətləndirilmə ümumtəhsil məktəblərində dərs deyən yaxşı və zəif müəllimləri üzə çıxarmaq və zəif nəticə göstərən müəllimləri inkişafyönümlü təlimlərə yönəltmək məqsədilə həyata keçirilir. Yəni diaqnostik qiymətləndirmə keçirərək mövcud problemləri aşkar edirik, ondan sonra digər proseslər icra edilir. Attestasiya isə konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir. Bu, qanunvericilik tələbidir”.

Tarif Şurası: Qəbul imtahanları ilə bağlı optimal qiymət müəyyən olunacaq

Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak üçün qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı İşçi qrup səviyyəsində müzakirələr aparılır.

TehsilimizinfoNun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov bildirib. O qeyd edib ki, optimal qiymət müəyyən olunacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev DİM-in fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Tarif (qiymət) Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib, prezidentə məlumat verməlidir.

Məktəblərin bağlanması nəzərdə tutulmur - NAZİRLİK

Azərbaycanda müşahidə edilən qarlı və şaxtalı hava şəraiti məktəblilərin dərsə davamiyyətinə mənfi təsir edib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, şagirdlərin dərsə davamiyyət az olsa da, məktəblərin bağlanması nəzərdə tutulmur. Davamiyyətin aşağı olması daha çox dağlıq və relyefi çətin olan ərazilərdə müşahidə edilir.(apa)

Universitetə müsabiqə ilə kafedra müdiri axtarılır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 4 kafedra müdiri vəzifəsinə işçi axtarır.

Tehsilimizinfo.blogspot.com-un “Report”a istinadən verdiyi məlumata görə, vakant vəzifələri tutmaq üçün müsabiqə elan edilib.

Belə ki, ADNSU-nun “Mexanika”, “Fizika”, “İdarəetmə və sistemlər mühəndisliyi” və “Kompüter mühəndisliyi” kafedralarına kafedra müdiri axtarılır.

Sənədləri təlimata uyğun olaraq, müsabiqə elanı dərc edildiyi gündən bir ay keçənədək rektorun adına yazılan ərizə ilə birlikdə AZ 1010, Bakı şəhəri, Azadlıq prospektinə göndərmək lazımdır.

Buraxılış imtahanlarının vaxtı açıqlanıb ( IX sinif)


9-cu sinif üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 2017‑ci il 05, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahan martın 12‑də, C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün martın 18-də keçiriləcək.

16 Şubat 2017 Perşembe

Təhsil haqqında qanunda dəyişiklik

Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Tehsilimizinfo.blogspot.com Turantv.tv-yə istinadən xəbər verir ki,Apa-nın məlumatına görə, “Təhsil haqqında” qanuna aşağıdakı məzmunda 11.4-cü və 11.5-ci maddələr əlavə edilib:

“11.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

11.5. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir”.

14 Şubat 2017 Salı

Məleykə Abbaszadə iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

“Bu gün iqtisadiyyatda çox böyük sürətlə gedən islahatlar əmək bazarında yeni ixtisasların əmələ gəlməsi və yeni kompitensiyalar üzrə tələbatın yaranmasına səbəb olur”. Dövlət İmtahan  Mərkəzinin  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin açılış mərasimində bildirib ki, təcrübəsi, müəyyən iş stajı olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər.

Onun sözlərinə görə, bu sahədə də təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi, dünya standartlarına uyğunluğu vacib məsələdir: “Azərbaycan idarəçilik islahatları sahəsində dünya təcrübəsindən aktiv istifadə edən dövlət hesab edilir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı. Onlar üçün kifayət qədər kadr resursları var idi. Amma kadrlar həmin vakansiyaları tuta bilmirdilər. Belə faktlar dövlət qulluğu sistemində də var idi. İT sahəsi üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər yeni təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular. Təhsilin məzmunu müasir tələblərə cavab vermirdi. Ona görə əmək bazarına daxil olandan sonra müxtəlif kurslara müraciət etməli olurdular. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb və yeni ali məktəblər yaradılıb. Yeni ali məktəblərin yaradılması gələcəkdə təhsilin məzmunun müasir standartlara cavab verəcəyinə ümid verir”.

Nazirlər Kabineti təsdiqlədi: Qəbul imtahanlarının sayı artırılır

Gələcəkdə Azərbaycanda keçirilən qəbul imtahanlarının sayı artırıla bilər. Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən qəbul qaydaları eyni tədris ilində bir neçə qəbul imtahanının keçirilməsinə imkan verir. Bunun 2, 3 və daha çox ola biləcəyini deyən sektor müdiri qeyd edib ki, cari tədris ilində qəbul planına əsasən, imtahanların 2 dəfə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu il ilk dəfə olduğu üçün qəbul imtahanları 2 dəfə keçiriləcək.

X.Xanlarzadə əlavə edib ki, əgər abituriyent imtahanlardan birində müsabiqə şərtini ödəyərsə, nəticələrə əsasən müsabiqədə iştirak edə bilər: “Məsələn, abituriyent I müsahibədə iştirak edərək 200 bal toplayaraq müsabiqə şərtini ödəməyə bilər. Amma II imtahanda o, müəyyən bal toplayaraq müsabiqə şərtini ödəyibsə, I imtahandan kəsilməyinə baxmayaraq II imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək hüququna malikdir. Bəzən elə fikirləşirlər ki, abituriyentin topladığı yüksək balı əsas götürüləcək. Amma bu belə deyil. Çünki müsabiqə şərtlərində müəyyən fənlər üzrə bal məhdudiyyəti də olur. Ola bilsin ki, abituriyent bir imtahanda 240, digərində isə 250 bal toplasın. Abituriyent 240 bal topladığı zaman fənlər üzrə nisbi bal məhdudiyyəti ödənilibsə, amma 250 bal topladığı zaman məhdudiyyət ödənilməyibsə, nəticədə 240 bal əsas götürüləcək. Və yaxud dövlət sifarişli ixtisaslarda 350 bal və hər bir fənn üzrə nisbi bal məhdudiyyəti ödənməlidir. Məsələn, abituriyent bir imtahandan 350 bal toplayır və bütün fənlərdən nisbi bal məhdudiyyətini ödəyir. Amma 370 bal topladığı halda bir fəndən nisbi bal məhdudiyyətini ödəmir. Əgər o, dövlət sifarişi əsasında təhsil almaq istəyirsə 350 balı seçəcək”.

DİM rəsmisi qeyd edib ki, qəbul imtahanları arasında müəyyən vaxt olacaq. Onun sözlərinə görə, qəbul imtahanlarının eyni ayda keçirilməsi mümkün deyil: “Dərslər bitmədən abituriyentin qəbul imtahanında iştirak edərək müəyyən bal toplaması onun tədrisinə heç bir təsir edə bilməz. Şagird imtahanda hansı nəticə göstərməsindən asılı olmayaraq dərslərdə iştirak etməlidir. O, dərsə getməməsini imtahan verərək müəyyən top toplamaqla əsaslandıra bilməz. Azərbaycanda tədrisin təşkilinin öz qaydaları var, ölkədə dərslər iyunun 14-də bitir və şagird imtahanda göstərdiyi nəticədən asılı olmayaraq dərslərdə iştirak etməlidir. Qəbul imtahanlarında iştirak edərək istədikləri balı toplamaq abituriyentlərin dərsə getməməsi üçün hansısa üstünlük vermir”.

Qəbul imtahanlarının qiyməti ilə bağlı təklif Tarif Şurasına göndərildi

Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib.

DİM-dən bildirilib ki, ödənişlər orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Tarif (qiymət) Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib, prezidentə məlumat verməlidir. (APA)

11 Şubat 2017 Cumartesi

Rus bölməsinin abituriyentlərinə ŞAD XƏBƏR

Ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün Azərbaycan dilindən imtahan verərək “məqbul” qiyməti alan rus bölməsinin abituriyentləri bu il Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılacaqlar.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda öz əksini tapıb.

Qaydalara əsasən, 2016/2017-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.

Kolleclərə qəbul qaydaları açıqalandı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edib.

NK-dan FaktXəbər-ə verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (90 ballıq şkala üzrə topladıqları bala) əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir.
Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 15 dəqiqədir.

Cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər.

Abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb.

“ADA” Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialının və Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbul fərqli prosedurla aparılacaq.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nı təsdiq edib.

Bu, bakalavrların və digər ali təhsilli şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (elmi təşkilat) magistraturalarına qəbul qaydalarını müəyyən edir.

Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bakalavrlar) malikdirlər. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bakalavrların müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz)  tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə  iştirak ödənişlidir. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar Mərkəzin rəsmi internet səhifəsində “Bakalavrın elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər bakalavrlar sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Bura  bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı və  ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı daxildir. Birinci mərhələdə  bakalavrların imtahan verəcəyi xarici dil qaydalar nəzərə alınmaqla, bakalavr tərəfindən müəyyənləşdirilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir. Başqa sözlə, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər. Tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər. Bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq, imtahan aparılan ixtisas fənləri ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Bakalavrlar test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər. “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir. Magistraturaya qəbul ol­maq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar. Bakalavr bitirdiyi  ixtisasa müvafiq olan ixtisaslaşmalardan istəyinə uyğun olanlarını seçərək, onları istədiyi ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyir. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların imtahanın birinci mərhələsində ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisas­laşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır. Elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçməli və həmin təşkilatda müsahibədə iştirak etməlidirlər. Yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilərlər. Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları və jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını yalnız Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

Yeni Qaydaların təsdiqlənməsi ilə əlaqədar “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın  təsdiq edilməsi haqqında” ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci il 29 dekabr tarixli 1 nömrəli qərarı ləğv edilib.