2 Aralık 2017 Cumartesi

Təhsil birinciləri qazetinin yeni buraxılışı

Yalnız Rayon TŞ-si ilə əlaqə saxladıqdan sonra güclü pedaqoqlar haqqında bu qazetdə yerləşdirilir

11 Ekim 2017 Çarşamba

Lerik rayonunda qeyri-adi aksiya

Lerik rayon N. Maşıyev adına Şinəband kənd ümumi orta məktəbində qeyri adi aksiya keçirilib. tehsilimizinfo.blogspot.com məlumat verir ki, məktəbdə AZ YAZ ÇOX POZ adlı aksiya keçirilib. Aksiyanın rəhbəri məktəbin Azərbaycan dili-Ədəbiyyat müəllimi Əliyev Gəray olub. Bu aksiya məktəbin dərs-hissə müdiri tərəfindən və uşaqlar tərəfindən də birmənalı qarşılanıb. Aksiyada partalar yazılmış qələm yazıları təmizlənir. Aksiyadan sonra məktəbdə mədəni-ictimai danışıqlar da oldu


Xaqani Əliyev (Əməkdar mədəniyyət işçisi, baş redaktor)

5 Ağustos 2017 Cumartesi

Son vaxtlar TV aparıcılarına hörmət edilmir:

TV aparıcısı Zaur Baxşəliyevə sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədilir. Amma prezidentimiz cənab İ. Əliyev qərar vermişdi ki, jurnalistləri təhqir edənə 500-800 AZN miqdarında cərimə olunur. Biz Ekspert Əli Əhmədovla danışdıq və dedi ki:
Əgər həmin aparıcı şikayət etsə ya 1 aydan 5 ayadək həbs, ya da 500-800 AZN cərimə olunacaq.
Biz də deyirik ki hər bir Azərbaycan əhalisi öz özünə heç bir kəsə təhqir işlətməməlidir

21 Mart 2017 Salı

Bakalavr səviyyəsinə qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək

Elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 15 000-dən çox sorğu yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Faktxəbər-ə verilən məlumata görə, onlardan 13 245-i ümumi təhsil məktəblərini, 1 820-si isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 30 faizinə bərabərdir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 15-17 mart 2017-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilib.

Məktəb direktoru vəzifəsinə işə qəbul qaydaları açıqlanıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları açıqlanıb.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bu qaydalar Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunmuş, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müəssisələrdə mövcud olan vakansiyalar rayon (şəhər) təhsil şöbələri (idarələri) və Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən müəyyənləşdirilir, birgə təsdiq edilir və Nazirliyə təqdim olunur. Vakansiyalar müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin sayı, müəssisənin rayon mərkəzindən olan məsafəsi və digər məlumatlar qeyd edilməklə yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və Nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan edilir.

Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Nəticə imtahanın sonunda namizədlərə bildirilir. İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir.

Müsabiqənin üçüncü mərhələsi müsahibə mərhələsidir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsabiqə komissiyasına təqdim edirlər. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.

Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edildiyi halda, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Qeyd edək ki, bu qaydalar Təhsil Nazirliyinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilib.

Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb


Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.

Tehsilimizinfo.blogspot.com FaktXeber.com-a istinadən xəbər verir ki 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 18-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 17-si dərs günüdür.

Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 25-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə martın 27-si dərs günüdür.

Yəni 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs olmayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilində 5 günlük payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvarda olub.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.

Xatırladaq ki, Novruz bayramında 9 gün ardıcıl iş günü olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günüdür.

17 Mart 2017 Cuma

Magistratura və rezidenturaya sənəd qəbulunun müddəti uzadılıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri hazırda Təhsil Nazirliyi ilə razılaşdırılır. Bu razılaşdırma başa çatdıqdan sonra müsabiqə şərtləri "Abituriyent" jurnalında çap ediləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

Onun sözlərinə görə, "Abituriyent" jurnalı Novruz bayramından sonra işıq üzü görəcək.

M.Abbaszadə qeyd edib ki, dünəndən ali və orta ixtisas məktəblərinə tələbə qəbuluna başlanılıb: "Qəbul imtahanın 1-ci mərhələsində iştirak etmək istəyənlər aprelin 10-dək qeydiyyatdan keçməlidirlər. Artıq 22 mindən çox şəxs artıq elektron ərizə verib".

Şura sədri bildirib ki, magistratura və rezidenturaya qəbul üçün sənəd rqəbulu bu gün yekunlaşmalı idi. Lakin indiyədək magistraturaya sənəd verənlərin 2111-i, rezidenturaya sənəd verənlərin isə 900 nəfəri ərizəsini təsdiqləməyib.

M.Abbaszadə deyib ki, ödənişin aparılması ilə bağlı müəyyən problemlər olduğundan magistratura və rezidenturaya sənəd qəbulunun müddəti martın 28-dək uzadılıb: "Bayram günlərində də sənəd vermək və təsdiqləmək mümkün olacaq. Marın 28-də magistratura və rezidenturaya sənəd qəbulu bitəcək". (Trend)

Elektron sistem vasitəsilə I sinfə 9334 nəfər valideyn sorğu yerləşdirib

Elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə qəbulla bağlı 16.03.2017-ci il (saat 18:00) tarixinə olan məlumata əsasən, 9334 nəfər valideyn sorğu yerləşdirib. Onlardan 8108 nəfəri övladlarının təhsil alması üçün ümumi təhsil məktəblərini, 1226 nəfəri isə lisey və gimnaziyaları seçib.

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu prosesi 15 mart – 15 sentyabr 2017-ci il tarixlərini əhatə edir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.
Qeyd edək ki, ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə, ilk növbədə həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 15-17 mart 2017-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilir.

Sınaq imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyənləşib

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə) qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanlarında iştirak ödənişli olacaq.

Artıq müvafiq qərarla sınaq imtahanlarında iştirak etmək üçün ödəniş məbləği müəyyən olunub.

Sınaq imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 20 manatdır.

16 Mart 2017 Perşembe

Tələbələrin təqaüdləri niyə gecikdirilir? - RƏSMİ

Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı müxtəlif xəbərlər dərc olunur və buna "Maliyyə Nazirliyinin hesaba pul köçürməməsi" səbəb kimi göstərilir.

Məsələ ilə bağlı "APA-Economics"in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev bildirib ki, ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin geçikməsində hər hansı vəsait çatışmazlığından söhbət getmir: "Bildiririk ki, dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək".

Bakıda I sinfə elektron qəbulla bağlı problem yaranıb

Martın 15-dən etibarən Bakıda 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbuluna başlanıb. Bir sıra yeniliklər edilən qəbul prosesində bəzi problemlər də müşahidə edilir.

Valideynlərin verdiyi xəbərə görə, sistemdə uşaqların şəxsiyyət vəsiqəsi ilə yanaşı doğum haqqında şəhadətnamə ilə qeydiyyatdan keçməyin mümkün olduğu göstərilsə də, dünəndən valideynlər şəhadətnamə ilə uşaqları qeydiyyatdan keçirməyə nail ola bilməyib. Bundan əlavə, sənəd qəbulunun yeni başlamasına baxmayaraq, bəzi müəllimlərin seçilməsi də mümkün olmayıb. Məsələ ilə əlaqədar məktəblərə müraciət etdikdə artıq həmin müəllimlərin siniflərində yerlərin dolduğu bildirilib.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda qeyd edilib ki, doğum haqqında şəhadətnamə ilə və ya hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Alternativ Qeydiyyat Mərkəzləri Binəqədi rayonu üzrə 3, 179,  297 və 313 nömrəli, Nərimanov rayonu üzrə 36, 57, 82 və 177 nömrəli, Nəsimi rayonu üzrə 19, 164, 240 və 247 nömrəli, Nizami rayonu üzrə 129,145, 214 və 227 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Sabunçu rayonu üzrə  4, 74, 75, 78, 128, 130 və 170 nömrəli, Səbail rayonu üzrə 7, 163 və 236 nömrəli, Suraxanı rayonu üzrə  84, 270, 279, 315 və 318 nömrəli,  Xətai rayonu üzrə 24, 116, 165, 191 və 261 nömrəli, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 241 nömrəli və Yasamal rayonu üzrə 18, 21 və 286 nömrəli tam orta məktəblərdə yaradılıb.

Elektron ərizənin qeydiyyatı ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə vətəndaşlar saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. I sinfə qəbul prosesi sentyabrın 15-dək davam edəcək.(apa)

Azərbaycanda mindən çox müəllimin diplomu saxta çıxdı

Təhsil Nazirliyi Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparır.

Nazirliyin Aparat rəhbəri Fariz Rzayev bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.

Aparat rəhbərinin sözlərinə görə, onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb:

“2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”.(apa)
Paylaş

Mikayıl Cabbarov əmr imzaladı. RƏSMİ

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” təsdiq edilməli, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilməlidir.

Müsabiqə komissiyasının sədri nazir müavini Mətin Eynullayev nəzərdə tutulub. Komissiyanın üzvləri sırasında nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyev, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov yer alıb.

Bundan başqa, nazir müavini Firudin Qurbanov Apelyasiya komissiyasının sədri, nazirliyin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov, İnformasiya şöbəsinin müdiri Elnur Əliyev isə üzvlər seçilib.

Əmrdə qeyd olunur ki, müsabiqənin bu ilin mart-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə olunub.

Təmayül siniflərin müəllimləri hansı qaydada əmək haqqı alacaq? - RƏSMİ CAVAB

Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı “Dövlət  ümumi təhsil müəssisələrində  bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi”nə uyğun olaraq ödəniləcək.

Tam orta təhsil səviyyəsində təhsilin təmayül üzrə təşkil  olunduğu pilot məktəblərdə, tədris planında olan fənlərdə  saatların sayı təmayül seçimi üzrə tədris planına uyğun ödəniləcək

Nazir: Ermənilər Azərbaycanın 700-ə qədər təhsil ocağını dağıdıb

Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayaraq ölkəmizin torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. İnsanların doğma yurdlarından məcburi köçkün düşməsi təhsil sisteminə də təsir edir. İşğal nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”.

FaktXəbər-in “Report”a istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

O bildirib ki, atəşkəs dövründə də ermənilər atəşkəsi pozurlar, bu, həm də təhsil müəssisələrinin hədəfə alınmasıdır: “2011-ci ildə Ağdam rayonunda Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsi yaddaşımızdadır. Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasını müxtəlif təxribatlarla əngəlləyir”.

M.Cabbarov deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır: “Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisinə də başlanılıb və bu ilin sentyabr ayında ilk şagirdlərini qəbul etməyə hazır olacaq”.

10 Mart 2017 Cuma

Təhsil Nazirliyi yanında daimi şuralar yaradılıb

Təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında Daimi şuralar yaradılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Nazirlikdən FaktXəbər-ə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması və ölkədə son dövrdə bütün sahələrdə aparılan islahatlar dövlət–ictimai xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan yanaşmaların tətbiqini ön plana çəkir. İnkişaf etmiş təhsil sistemlərinin təcrübəsindən aydın olur ki, dayanıqlı inkişafın təmin edilməsi baxımından təhsilin idarəolunması, çatdırılması və təkmilləşdirilməsində iştirak edən tərəflər arasında əlaqələr genişləndirilməli və işəgötürənlərlə sıx əməkdaşlıq qurulmalıdır.

İlkin mərhələdə iki sahə üzrə yaradılan Daimi şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.

“Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq.

“Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur.

“Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayacaq. “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevdir.

Daimi şuralar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun fəaliyyət göstərəcək.

4 Mart 2017 Cumartesi

“Ucqar kəndin gənc müəllimi” - “Mənim üçün ən ağır mənzərə şagirdləri gəlinlikdə görməkdir

6-cı sinifdə oxuyan şagirdim mənə üzük gətirib çantama qoydu”

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər.

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

Bu dəfəki müsahibimiz Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səridə Quliyevadır.

-1992-ci ildə  Bakıda anadan olmuşam. Sabunçu rayonunda 170 nömrəli məktəbi bitirib, həmin il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinə qəbul olunmuşam.  2015-ci ildə müəllimlər üçün təşkil olunan  imtahanlarda  iştirak edib, Ağsu rayon Cəlayir kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək hüququ qazanmışam. Kəndimiz mərkəzdən 35 km uzaqdadı, lakin tam təmirlidir və müəyyən qədər müasir infrastrukturla təmin olunub.
Qərarıma gəlincə, bu uşaqlıq arzum olub-filan deyə bilməyəcəm (gülür). Amma ətrafımda müəllimlərimi görüb ilhama gəlmişəm, bir də həyat... Daha dəqiq desək, təsadüf nəticəsində imtahan verib, qəbul olunandan sonra məndə həvəs yarandı.

Ağsu rayonunun Cəlayir kəndi gözəl təbiət mənzərəsinə sahibdir. Xüsusən də, yaz aylarında... Ora imtahan nəticələrinə əsasən, təyinat alan gənc müəllimin kənd və məktəbi haqqında təəssüratı çox gözəldi. Bakıya gələndə də “evimi istəyirəm” deyəcək qədər kəndə bağlanıb:

-Buralar Bakıya gedəndə "evimi, torpağımı istəyirəm" deyəcək qədər gözəldi. Özümü  bura aid hiss edirəm. Palçıqlı yolları ilə, qışda üstü ocaq qoxuyan uşaqları ilə, baharda qızdırmalı xəstəlikləri ilə bu kəndi sevirəm.  Özümü buranın sakini kimi hiss edirəm, kimsə "qərib müəllimdir" deyəndə, heç üstümə götürmürəm.

Məktəbimiz ucqar kənd məktəblərindən seçilir. Yolunuz düşsə, keçsəniz bunun şahidi ola bilərsiniz. Bizim məktəbdə səhəri himnimizlə açırıq, günorta 13:55-ə kimi dərs keçirik...


Görəsən, Səridə xanımın kəndə ilk qədəm qoyduğu andakı  təəssüratı necə olub? Ümumiyyətlə, ilk dərs gününün, ilk kənd həyatının xatirələrini yəqin ki, heç zaman unutmayacaq:

-Kəndə daxil olanda dörd bir tərəfi qalın meşə, təmiz hava - Bakıda görmədiyim o sakitlik diqqətimi cəlb etdi. İlk dərs günü dəhşətli dərəcədə həyəcanlı idim, qəribə idim. “Müəllim”  kəlməsi mənə o qədər yad idi ki, direktor “müəllimə” deyə çağırır, baxmırdım ki, bu,  mən deyiləm axı...

Dərs günlərim adətən, rəngarəng keçir: uşaqlarla deyib-gülərək... Getdiyim ilk həftədə çoxlu məktub almışdım, biri daha maraqlı idi. Uşağın biri yazmışdı ki, “müəllimə, mən sizi çox istəmədim, hamının adını soruşduz, mənim  yox”. Bu sözlər bütün müəllimlik sevgimə pis təsir etdi, sanki bu sevgim öldü, bunu zamanla anladım. Yanvarın şaxtasında təxminən, 3-4 saat maşının xarab olmağı və yolda qalmağımı, iliyimə qədər işləyən soyuğu 50 il də keçə,  unutmaram.

6-cı sinif şagirdimin mənə üzük getirib çantama qoymağını da xatırlayıram (gülür)

Kəndin ruhu, sakitliyi, insanları gözəl... Amma əksər kəndlərdə olduğu kimi oranın da sosial çətinliyi, müəyyən şəraitsizliyi olmamış deyil. Bu həm gənc müəllimə, həm də şagirdlərin təhsilə münasibətinə necə təsir göstərir? Özünü eşidək:

-Bakıda yaşayan, orada böyüyən biri üçün ağır sualdı. Kanal suyu, həftədə 7-8 dəfə sönən işıqlar, odunla isinən ev, uzaq yol və.s. Amma  çox da narazı deyiləm, çünki bura gələndə hamısını nəzərə almışdım. Onu da deyim ki, mən bura gələn il kəndə qaz çəkildi, bulaq suyu ilə təchiz olundu, indi də yol çəkirlər.


Ucqar kənd məktəbinin müəllimlərinin əsas qayğıları da evlə bağlı olub. Kirayə qaldıqları, qonaq olduqları evlər, oranın acılı-şirinli xatirələri heç zaman yaddan çıxmır. Müsahibimiz məktəbdən kənarda gözəl həyəti olan evdə anası ilə birgə kirayədə qalır. Yaxşısı budur, özünü eşidək, görək, kənd camaatının münasibətindən, yaşadığı evdən, oradakı günlərdən nə danışacaq:

-Düzü , bizim kənddə elə gəliş-gediş, o eşitdiyim kənd axşamlarının söhbətləri olmur. Münasibət normaldı, ən azı şagirdlərimin valideynləri ilə yaxşıdı. Kənddə anamla kirayə qalırıq; ev sahibəsi və digər müəllim yoldaşım qızla birgə. Qaldığım yerə  ev deyil, buradakı ailəm demək lazım. Çünki həqiqətən, bu evdə bir ailə kimiyik.

Həftədə 5 gün -hər gün 6 saat olmaqla- dərsə gedirəm. Bazarlığı ayda bir dəfə edirik- maaşdan-maaşa. Kürdəmir bazarında bütün xalalar iki ildir, məni tanıyır (gülür). Yemək, ev işləri - anam sağolsun, həftəsonları köməkləşib edirik.

Bura gələndə anam narazı idi. Çünki kənd həyatının çətinliklərini bilirdi. Amma böyük səyimlə onu da özümlə gətirdim, düzdür, çətinliyi var, Amma burda hər günüm bir xatirədi.

Bu ifadəni hər dəfə  müəllim deyir, amma bu dəfə biz deyək: “keçək dərsə”. Yəni, məktəbdəki təhsilin durumundan, ona mənfi təsir edən məsələlərdən danışaq. Gənc müəllim danışır:

-Bir müəllim kimi mənim üçün ən ağır mənzərə, şagirdlərimi tələbə bileti ilə görmək varkən, gəlinlikdə görməyimdir. Məncə, bu bir çox ucqarlarda olur. Amma burada oxumaq istəyən, oxuyur. Başqa böyük problemin olduğunu  deməzdim.

Bura ilə şəhər məktəbi arasında yeganə fərq buradakı uşaqlarda  səmimiyyətin az da olsa, qalmasıdır. Bakıda praktikada olanda gördüyüm,  dərs  keçdiyim uşaqlarla kəndimizin uşaqları çox fərqlidir. Bu cür uşaqlarla eyni mühitdə olmaq, mənəvi zövq verir, ailə üzvlərim kimidirlər. Tək fərq elə budur, başqaları  həllini tapan  məsələlərdi.


Hiss olunur ki, gənc xanım kəndə yaman bağlanıb. XX əsrin əvvəllərinə aid bədii nümunələrdə bu kimi məqamları oxumaq olardı. Amma reallıqlar da var. Kənd və onun məktəbi, insanları həqiqətən, insanı özünə çəkən cazibəyə sahibdirlər:

-Dərsdən qayıdanda qazları zərərsiz quş sayıb, oynatmaq istərkən məni yaralamaları, ən sevdiyim ayaqqabımı itin çeynəməsi, ilk dəfə meşə ilə tanış olmağım - əslində, normal bir şeydi, amma mənim üçün qeyri-adi idi - sonra inəyin təzə doğulmuş balasını görməyə gedəndə qaloşumun palçığa düşüb bir daha  çıxmaması - bunların heç biri unudulan deyil. Bundan sonra 50 il keçsə də…

Şəhərdən gələn müəllim yəqin, özü ilə yeni metod da gətirir ki, şagirdlər də faydalansın. Bizim gənc müsahib də özünün yeni dərs metodları və şagirdlərinin qarşıdakı potensialından ürəkdolusu danışır:

-Bir ədəbiyyatçı kimi çalışıram ki, hər dərsim fərqli olsun. Dərslə bağlı müxtəlif oyunlar hazırlayıram. Qrup işləri edirəm – lövhəyə suallar yazıb yapışdırıram, onlara cavab verən qrupa ulduzlar hazırlayıb, həvəslədirmə kimi  təqdim edirəm və s.

Bir neçə şagirdim var, sınaqlarda yüksək nəticə göstərirlər, onların gələcəyinə ümidim böyükdü. Digərlərində məsələn, həvəs var, yaddaş yoxdu, başqalarında isə tam əksinə...

Epiloq.... Əgər epiloqdursa, bizə deməyə nəsə düşməz, müəllimin özünü dinləyək, ucqar kənd müəlliməsini...

-Tam səmimi deyirəm - burada həyat dərsi keçdim. Əvvəlcə, məni qarşılıqsız sevən onlarla şagird, yaxşı insanlar qazandım və bir daha anladım ki, mən işimi sevirəm. Bu iş mənə çox şeyi qazandırdı. Qazancımda "qəpik-quruş" da oldu, onları toplayıb daha böyük "məbləğlərə” dəyişməyi öyrətdi, bu iş...

3 Mart 2017 Cuma

DİM: Həmin şagirdlərin nəticələri ləğv ediləcək

Dövlət İmtahan Mərkəzi 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr hazırlayıb. Mərkəzdən verilən məlumata görə, tövsiyələr aşağıdakılardır:

- İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın.

- “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

- İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan, siqaret və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

- İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

- İmtahan başlanandan qurtaranadək imtahan zalını heç bir halda tərk etmək olmaz;

- İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

- Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində, sual kitabçasında və esse vərəqində yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

- Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;

- Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

- Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış cavab vərəqində qeyd olunmalı və yazılmalıdır;

- Sual kitabçasında heç bir hesablama və yazı yazmayın. Butün yazılar və həllər ancaq cavab vərəqində yazılmalıdır;

- İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

- Səhv cavabların nəticələri düz cavablara təsir etmir;

- Ana dilindən tapşırıqları cavablandırmaq üçün uyğun mətni diqqətlə oxuyun;

- Ana dilindən 1-5, 11-15 nömrəli tapşırığa aid verilmiş 5 cavabdan yalnız biri doğrudur, bu - tapşırıqları cavablandırarkən yalnız bir cavabı nümunədə göstərilən qaydada, səliqəli şəkildə qaralayın. İki və daha çox sayda cavab (dairə) qaralanarsa, həmin tapşırığın cavabı səhv hesab olunacaq;

- Ana dilindən 6-10, 16-20, riyaziyyatdan isə bütün tapşırıqlar (21-30 nömrəli) yazı işi tapşırıqlarıdır;

- Ana dili fənnindən hər bir tapşırığa verdiyiniz cavabı və tapşırığa aid fikirlərinizi həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;

- Riyaziyyat fənnindən hər bir tapşırığın həllinin bütün mərhələlərini və cavabını həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda belə “0” (sıfır) balla qiymətləndiriləcək;

- Riyaziyyat fənnindən 28-30 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;

- Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın;

- Tapşırıqları cavblandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin;

- Esse (inşa) yazacaq olan şagirdlər cavab vərəqlərini və sual kitabçasını təhvil veridikdən sonra esse vərəqini təhvil almalıdır;

- Esse (inşa) vərəqində verilmiş üç mövzudan biri seçiləməli və mövzunun adı mütləq ayrılmış sahədə yazılmalıdır;

- Esseyə (inşaya) aid plan tərtib edilməli və həmin plan əsasında ən azı 1 səhifə (180 və ya daha çox söz) həcmində esse yazılmalıdır;

- Həm yazı işi, həm də esse tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;

- Esseni yazıb bitirdikdən sonra esse vərəqi nəzarətçiyə təhvil verilməlidir.

2 Mart 2017 Perşembe

Təhsil Nazirliyinin kollegiyasının tərkibi dəyişdirilib

Azərbaycan Təhsil Nazirliyinin kollegiyasının tərkibi dəyişdirilib. Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, kollegiya üzvlərinin siyahısına nazir müavini Mətin Eynullayevin adı əlavə edilib.
Fariz Rzayevin (nazirliyin Aparat rəhbəri) də adı kollegiyaya üzvlərinin siyahısına əlavə olunub.

Şagirdlər artıq yükdən azad olunacaq. RƏSMİ:

Təhsil Nazirliyi qəbul olunması məqsədilə "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsini hazırlayıb. Bu barədə Trend-ə nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.

Layihənin təsdiqlənməsi üçün hökumətə təqdim ediləcəyini deyən A.Əhmədovun sözlərinə görə, mövcud standartlardan fərqli olaraq, yeni standartlar “artıq yük”lərdən azad edilib:

“İndi proqramların ağırlığından şikayət edirlər. Haradasa haqlı cəhətlər, haradasa ədalətsiz cəhətlər də var. Amma deyilən hər bir məsələni nəzərə almaq lazımdır. Biz də mövcud standartlara ciddi şəkildə yenidən baxdıq və müəyyən mənada korreksiya etdik, onları artıq yükdən azad etdik. Proqram yazılışında ən vacib məsələ odur ki, uşağa lazımi məlumatları verəsən, lazım olmayan məsələləri oraya daxil etməyəsən. "Lazım olmayan məsələ" o demək deyil ki, o, ümumiyyətlə uşağa lazım deyil. Sadəcə olaraq, həmin mərhələdə lazım deyil. Çalışmaq lazımdır ki, uşaq əlavə məsələləri özü öyrənə bilsin”.

Təhsil proqramlarının düşüncə, təfəkkür üzərində qurulmasını olduqca vacib sayan A.Əhmədov əlavə edib ki, artıq yeni standartlar əsasında kurrikulumun hazırlanmasına başlanılıb.

Qeyd edək ki, mövcud “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” Nazirlər Kabinetinin qərarı ilə 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilib.

Dövlət İmtahan Mərkəzi 9-cular üçün "Abituriyent" jurnalı nəşr etdi

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün “AZƏRBAYCAN DİLİ” və “РУССКИЙ ЯЗЫК”  fənləri üzrə vəsaitləri nəşr edib.

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə,  vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitlər, iki hissədən ibarətdir. Birinci hissədə sinfin yeni təhsil proqramı (kurikulum) və dərsliyinə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissədə isə qapalı və açıq tipli test tapşırıqları dərc edilib.

Tehsilimizinfo.blogspot.com-un FaktXeber.com-a istinadən Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər.

Vəsaitləri DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

1 Mart 2017 Çarşamba

40 mindən çox şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, həmin gün ümumilikdə 40124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb.

İmtahanda 40124 (Yasamal rayonunda 2665, Binəqədi rayonunda 4052, Səbail rayonunda 1580, Xətai rayonunda 3657, Xəzər rayonunda 2935, Nərimanov rayonunda 2203, Suraxanı rayonunda 2965, Sabunçu rayonunda 4392, Nəsimi rayonunda 2274, Qaradağ rayonunda 2060, Nizami rayonunda 2495, Pirallahı rayonunda 340, Sumqayıt şəhərində 4359, Abşeron rayonunda 3603, Xızı rayonunda 138, Qobustan rayonunda 406) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 244 imtahan rəhbəri, 2852 nəzarətçi‑müəllim ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 4-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Məleykə Abbaszadə valideynlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə müraciət edib.

Bunu bu gün keçirdiyi mətbuat konfransında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, DİM-in elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir”.

M.Abbaszadə valideynləri və abituriyentləri şəxsi kabinet yaradılan zaman diqqətli olmağa da çağırıb:

“Uzun illər ərizə qəbulu zamanı müşahidə edirik ki, çox vaxt valideynlər öz uşaqlarına etibarlılıq göstərmirlər və ərizə vermək qaydalarını kimlərəsə - başqa şəxslərə həvalə edirlər. Elektron ərizəni dolduran şəxsdən onunla əlaqə saxlamaq üçün əlaqə nömrəsi elektron poçt ünvanı istəyirik. Keçən il bizdə olan bazaları araşdıranda müəyyən etdim ki, bir poçt ünvanı 200 nəfər abituriyent üçün qeyd edilib. Bu, qeyri-adi haldır. Biz bunu araşdırdıq. Müəyyən oldu ki bu, yalnız hansısa internet klubunun poçt ünvanıdır. Bu, o deməkdir ki, valideyn özü ərizəni doldurmayıb. O əlaqə ünvanını hansısa internet klubunun poçt ünvanını göstərib. Tamamilə təsadüfi şəxs həmin abituriyentin şəxsi məlumatlarını oxumuş olacaq. Ona görə də bunu abituriyent və valideynlər özləri yaratmalıdırlar”. (Trend)

Bu il 70 min abituriyent qəbul imtahanında ödənişsiz iştirak edəcək

Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam təxminən 70 min gənci əhatə edəcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, kolleclərə, ya da ali məktəblərə qəbul imtahanında iştirak üçün lazım olan məbləğ dövlət tərəfindən ödəniləcək: “Mən 70 min rəqəmini 2016-cı ilin rəqəmlərinə əsasən səsləndirirəm. Bu rəqəm azala da, çoxala da bilər”. (APA)

28 Şubat 2017 Salı

Nazirlik "11 illik", "9 illik" söhbətlərinə aydınlıq gətirdi

Təhsil Nazirliyi bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi - tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib. Yayılan xəbərlərə görə bəzi məktəblərdə yuxarı siniflər ləğv edilərək orada yalnız təmayüllü siniflər təşkil ediləcək. Şagirdi az olan məktəblər isə 11 illikdən 9 illiyə dəyişdiriləcək. Bəs nazirlik buna nə deyir?

Təhsil Nazirliyi bəzi orta məktəblərin statusunun və tipinin düyişdirilmüsi - tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyir ki, görə söz söhbətə 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsinin kənd məktəblərində tətbiq etmək ideyası səbəb olub.

Hazırda 182 məktəbdə sınaqdan keçirilən bu layihə şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılır. 9-cu sinfini bitirən şagirdlər seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyursa, imtahan nəticələri yaxşıdırsa və fənn müəlimi müsbət rəy verirsə onlar təmayüllü siniflərə keçirilirlər. Bunun şagird sayı az olan kənd məktəblərində tətbiqi ideyası isə təmayüllü siniflərin bir məktəbdə birləşdirilməsini gündəmə gətirib.

Gələcəkdə bütün məktəblərdə təmayüllü siniflər təşkil edilsə belə, bu şagirdərin ümumi təhsil hüquqları pozmamalıdır.

Nazirlik rəsmisi qeyd edib ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz. Digər tərəfdən nazirlik təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək. Yəni hazırkı dövrdə hansısa məktəbin tamamilə statusunun və ya tipininin dəyişdirilməsindən söhbət belə gedə bilməz. (“Xəzər TV”)

27 Şubat 2017 Pazartesi

Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, martın 6-da saat 10:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar fevralın 27-28-də və martın 1-2 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi (TN) bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi - tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Trend-ə eksklüziv olaraq bildirib ki, TN-ə də bu barədə müraciətlər daxil olub.

Belə müraciətlər daxil olduğu zaman müvafiq izahatların verildiyini deyən A.Əhmədov yayılan söhbətlərin heç bir əsasının olmadığını söyləyib. Nazirlik rəsmisi bu cür məlumatların haradan qaynaqladığını da açıqlayıb.

Onun sözlərinə görə, ümumi, yəni 9 illik icbari orta təhsil səviyyəsindən sonra - tam orta təhsil səviyyəsində təhsilin təmayüllülər üzrə təşkil olunması 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" qanunda təsbit olunub. Bu məsələ Təhsilin İnskişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb.

A.Əhmədov əlavə edib ki, 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsi hazırda 182 məktəbdə sınaqdan keçirilir. Təmayülləşmənin tətbiq olunduğu pilot məktəblər əksər rayon, şəhərləri əhatə edir.

Nazirlik rəsmisi qeyd edib ki, təmayül sinfin yaranması üçün məktəbdə paralel siniflərin olması çox vacibdir. Çünki şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılan təmayül siniflərə məktəbin 9-cu sinfini bitirən bütün şagirdlər deyil, seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyanlar, imtahan nəticələri yaxşı olan və fənn müəliminin müsbət rəy verdiyi şagirdlər cəlb olunmalıdır:

"Lakin bir fakt da məlumdur, - bu, xüsusilə kənd rayonlarına aiddir - burada məktəblərdə 9-cu sinfi bitirən şagirdlərin sayı azdır. Bizim kənd rayonlarında elə məktəblərimiz var ki, oradakı 9-cu sinfin sayı cəmi 1-dir. Xeyli məktəbimiz var ki, orada şagirdlərin sayı çox aşağıdır. 5 nəfərdən, 7 nəfərdən ibarət olan 9-cu sinif də var. Təbii ki, bu prosesdən bir çıxış yolu axtarmaq lazımdır və elə etmək lazımdır ki, şagirdlərin təhsil hüquqları pozulmasın. Burada vəziyyətdən çıxış yolu nədir? Biz belə bir yol fikirləşdik ki, hər bir rayonda kompaktlıq mənasında zonalar müəyyənləşdirək və o zonaya daxil olan məktəblərdən 1 və ya 2-si seçilsin və orada təmayüllü siniflər təşkil olunsun. Təmayül siniflər təşkil olunduqda onun infrastrukturu, maddi-texniki bazası, tədris bazası nəzərə alınır. Bu aspektdə müəyyən işlər görməyə başladıq. Bu proseslərlə bağlı belə bir məsələ çıxdı ki, guya hansısa tam orta məktəb ümumi orta məktəbə keçir. Yəni, burada təmayül siniflərin yaradılması baş tutmur, ona görə də bu məktəb ümumi orta məktəb olacaq. Birincisi onu deyim ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz".

A.Əhmədov bildirib ki, məktəblərdə təmayül siniflər yaradılarkən adi siniflər də təşkil edilir. Təmayül siniflərdə oxuya bilməyən şagirdlər könüllülük əsasında adi siniflərdə təhsillərini davam etdirə bilərlər.

A.Əhmədov əlavə edib ki, ümumiyyətlə, TN təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək:

"Biz çalışacağıq ki, bu proses problemsiz olsun və şagirdlərin mənafeyi gözlənilməklə həyata keçirilsin. Biz təhsil şöbələrinin müdirlərinin, ondan əvvəl təhsil şöbəsinin bu işə məsul olan işçilərinin iştirakı ilə dəfələrdə yığıncaq keçirmişik. Bu məsələ ilə bağlı yerlərdə izahat işləri aparılır, amma bu işi müəyyən mənada əksinə başa düşən insanlar da var. Ona görə belə narazılıq doğuran məsələ yaranır. Əsas məqsəd ilk növbədə şagirdlərin mənafeyinin təmin olunmasıdır. Çalışacağıq ki, bütövlükdə ümumi mənafeyə ziyan dəyməsin və problemlər yaranmasın. Yaranacaq istənilən problemi aradan qaldırmağa çalışacağıq".