16 Mart 2017 Perşembe

Mikayıl Cabbarov əmr imzaladı. RƏSMİ

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” təsdiq edilməli, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilməlidir.

Müsabiqə komissiyasının sədri nazir müavini Mətin Eynullayev nəzərdə tutulub. Komissiyanın üzvləri sırasında nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyev, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov yer alıb.

Bundan başqa, nazir müavini Firudin Qurbanov Apelyasiya komissiyasının sədri, nazirliyin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov, İnformasiya şöbəsinin müdiri Elnur Əliyev isə üzvlər seçilib.

Əmrdə qeyd olunur ki, müsabiqənin bu ilin mart-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə olunub.

Hiç yorum yok:

Yorum Gönder