2 Aralık 2017 Cumartesi

Təhsil birinciləri qazetinin yeni buraxılışı

Yalnız Rayon TŞ-si ilə əlaqə saxladıqdan sonra güclü pedaqoqlar haqqında bu qazetdə yerləşdirilir

11 Ekim 2017 Çarşamba

Lerik rayonunda qeyri-adi aksiya

Lerik rayon N. Maşıyev adına Şinəband kənd ümumi orta məktəbində qeyri adi aksiya keçirilib. tehsilimizinfo.blogspot.com məlumat verir ki, məktəbdə AZ YAZ ÇOX POZ adlı aksiya keçirilib. Aksiyanın rəhbəri məktəbin Azərbaycan dili-Ədəbiyyat müəllimi Əliyev Gəray olub. Bu aksiya məktəbin dərs-hissə müdiri tərəfindən və uşaqlar tərəfindən də birmənalı qarşılanıb. Aksiyada partalar yazılmış qələm yazıları təmizlənir. Aksiyadan sonra məktəbdə mədəni-ictimai danışıqlar da oldu


Xaqani Əliyev (Əməkdar mədəniyyət işçisi, baş redaktor)

5 Ağustos 2017 Cumartesi

Son vaxtlar TV aparıcılarına hörmət edilmir:

TV aparıcısı Zaur Baxşəliyevə sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədilir. Amma prezidentimiz cənab İ. Əliyev qərar vermişdi ki, jurnalistləri təhqir edənə 500-800 AZN miqdarında cərimə olunur. Biz Ekspert Əli Əhmədovla danışdıq və dedi ki:
Əgər həmin aparıcı şikayət etsə ya 1 aydan 5 ayadək həbs, ya da 500-800 AZN cərimə olunacaq.
Biz də deyirik ki hər bir Azərbaycan əhalisi öz özünə heç bir kəsə təhqir işlətməməlidir

21 Mart 2017 Salı

Bakalavr səviyyəsinə qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək

Elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 15 000-dən çox sorğu yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Faktxəbər-ə verilən məlumata görə, onlardan 13 245-i ümumi təhsil məktəblərini, 1 820-si isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 30 faizinə bərabərdir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 15-17 mart 2017-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilib.

Məktəb direktoru vəzifəsinə işə qəbul qaydaları açıqlanıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları açıqlanıb.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bu qaydalar Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunmuş, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müəssisələrdə mövcud olan vakansiyalar rayon (şəhər) təhsil şöbələri (idarələri) və Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən müəyyənləşdirilir, birgə təsdiq edilir və Nazirliyə təqdim olunur. Vakansiyalar müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin sayı, müəssisənin rayon mərkəzindən olan məsafəsi və digər məlumatlar qeyd edilməklə yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və Nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan edilir.

Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Nəticə imtahanın sonunda namizədlərə bildirilir. İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir.

Müsabiqənin üçüncü mərhələsi müsahibə mərhələsidir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsabiqə komissiyasına təqdim edirlər. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.

Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edildiyi halda, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Qeyd edək ki, bu qaydalar Təhsil Nazirliyinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilib.

Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb


Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.

Tehsilimizinfo.blogspot.com FaktXeber.com-a istinadən xəbər verir ki 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 18-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 17-si dərs günüdür.

Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 25-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə martın 27-si dərs günüdür.

Yəni 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs olmayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilində 5 günlük payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvarda olub.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.

Xatırladaq ki, Novruz bayramında 9 gün ardıcıl iş günü olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günüdür.

17 Mart 2017 Cuma

Magistratura və rezidenturaya sənəd qəbulunun müddəti uzadılıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri hazırda Təhsil Nazirliyi ilə razılaşdırılır. Bu razılaşdırma başa çatdıqdan sonra müsabiqə şərtləri "Abituriyent" jurnalında çap ediləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

Onun sözlərinə görə, "Abituriyent" jurnalı Novruz bayramından sonra işıq üzü görəcək.

M.Abbaszadə qeyd edib ki, dünəndən ali və orta ixtisas məktəblərinə tələbə qəbuluna başlanılıb: "Qəbul imtahanın 1-ci mərhələsində iştirak etmək istəyənlər aprelin 10-dək qeydiyyatdan keçməlidirlər. Artıq 22 mindən çox şəxs artıq elektron ərizə verib".

Şura sədri bildirib ki, magistratura və rezidenturaya qəbul üçün sənəd rqəbulu bu gün yekunlaşmalı idi. Lakin indiyədək magistraturaya sənəd verənlərin 2111-i, rezidenturaya sənəd verənlərin isə 900 nəfəri ərizəsini təsdiqləməyib.

M.Abbaszadə deyib ki, ödənişin aparılması ilə bağlı müəyyən problemlər olduğundan magistratura və rezidenturaya sənəd qəbulunun müddəti martın 28-dək uzadılıb: "Bayram günlərində də sənəd vermək və təsdiqləmək mümkün olacaq. Marın 28-də magistratura və rezidenturaya sənəd qəbulu bitəcək". (Trend)